Ünvan:

Bakı şəhəri, Xətai rayonu,
Gəncə prospekti 57

Əlaqə:

+99451 444 8020
+99470 744 8020
Suallarınızla və ya qarşılaşdığınız problemlə əlaqədar bu bölümə baxa bilərsiniz

Tez-tez verilən suallar

Şəkillərdə gördüyünüz geyimlər, ayaqqabılar, çantalar və s. veb sayt idarəçilərimiz tərəfindən çəkilir və sayta yerləşdirilir. Sizin şəkildə gördüyünüz məhsul eyni zamanda mağazada satışda olan məhsulun eynisidir.

Əgər veb saytda qeydiyatdan keçmisinizsə sağ yuxarı küncdə adınızı görə biləcəksiniz (mobil versiyada sol yuxarı küncdə menuya kliklədikdə “Hesabım” görə bilərsiniz). Hesab səhifənizə keçid etdikdən sonra “sifarişlər” bölümündən istədiyiniz məlumatlara baxa bilərsiniz. 

Alınan məhsul 14 iş günü ərzində əgər etiketi üzərindədirsə, geyinilməyibsə və ya istifadə olunmayıbsa sizə təqdim olunan ödəniş qəbzini göstərməklə digər rəng və ya ölçü ilə dəyişilə bilər. Əgər məhsulu geri qaytarıb ödənişinizi almaq istəyirsinizsə mağazaya yaxınlaşmalısınız. Əməkdaşlarımız sizə kömək etməyə çalışacaqdır.

Veb sayt idarəçilərimiz anbarda bitən məhsulu və ya müxtəlif səbəblərdən satışda olmayan məhsulların veb saytda da yer almamasına nəzarət etməyə çalışır. Əgər sifariş verdiyiniz məhsul anbarda yoxdursa və yaxud istədiyiniz ölçü, rəng bitibsə sizinlə əlaqə saxlayacağıq. Bundan sonra əməkdaşlarımız sifarişinizin davamı üçün sizə kömək edəcəkdir. 

 

Sizinlə əlaqə saxlaya bilməyimiz üçün şəxsi məlumatlarınızda əlaqə nömrənizi qeydetməyi unutmayın. İstifadəçi hüquqları çərçivəsində şəxsi məlumatlarınız üçüncü şəxslərlə paylaşıla və yaxud digər məqsədlər üçün istifadə edilə bilməz.

Sifarişinizin qapınıza qədər çatdırılması üçün ilk növbədə ev adresinizi düzgün və dəqiq qeyd etməlisiniz. Qeyd etdiyiniz təqdirdə kurye sifarişinizi iş günləri saat 10:00 – 18:00 aralığında qapınıza çatdıracaqdır. Kurye ilə başqa bir adresdə görüşmək üçün sifariş zamanı bizə adresi qeyd etməlisiniz.

Əlavə suallarınız üçün bizə yazın